
IV Şuşa Qlobal Media forumu başa çatdıqdan sonra məkandan ayrılmaq üçün avtomobilinə əyləşən Prezident İlham Əliyev “Euronews”un müxbiri Ceyn Vizerspunu gördükdə onunla görüşmək üçün yenidən avtomobilindən düşüb.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı jurnalistlə səmimi şəkildə görüşüb və onunla hal-əhval tutub.
Qeyd edək ki, “Euronews”un müxbiri Ceyn Vizerspun III Şuşa Qlobal Media Forumunda moderatorluq edib. Daha əvvəl isə o, dəfələrlə Prezident İlham Əliyevdən müsahibələr götürüb.
Tətbiqimizi yükləyə bilərsiniz