Ukrayna Rusiyadakı daha bir neft bazasını vurdu – Video


Ukrayna Rusiyanın Stavropol diyarı ərazisindəki Mixaylovsk şəhərində yerləşən neft bazasına zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, hücum nəticəsində bazada şiddətli partlayış baş verib və irimiqyaslı yanğın başlayıb.
Hadisə yerindən çəkilmiş kadrlar sosial mediada yayılıb.
Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, son vaxtlar Ukrayna Rusiyanın dərinliklərində yerləşən enerji resurslarına hücumlar təşkil edir. Bunun nəticəsində Rusiyada yanacaq böhranı da yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top