ABŞ səfiri erməni "soyqırımını" dəstəkləyib

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşdırılması üçün Ankaranın 100 il bundan əvvəl baş verən hadisələri tanımasının vacib olduğunu söyləyib. "Yeniavaz.com"un Armenpress-ə istinadən verdiyi məlumata görə, səfir Mills deyib ki, bütün bunlar iki ökə münasibətlərində dönüşə yol aça bilər. Erməni və türk rəssamlarının birgə sərgisinin açılışında iştirak edən Mills: "Bu sərgi iki xalq arasında oxşarlıq olduğunu göstərir. İstəyirik ki, belə qarşılıqlı anlaşma tərəflərin yaxınlaşmasına yardım etsin. Biz həmişə qeyd etmişik ki, tərəflər arasında normal münasibətlərin bərpası 100 il bundan əvvəlki hadisələrin tanınmasından asılıdır",-deyib. Trampın prezident seçkiləri ərəfəsində Türkiyə-Ermənistan münasibətlərinə toxunmamasına gəlincə, səfir qeyd edib ki, hələlik ABŞ-ın yeni rəhbərinin məsələyə münasibətinin necə olacağını söyləmək tezdır.

DİGƏR XƏBƏRLƏR

Top