
İnternetdə Argentina milli komandasının 2026-cı il Dünya Kubokundan kənarlaşdırılması tələbi ilə onlayn kampaniya başladılıb.
Yeniavaz.com xəbər verir ki, bu kampaniyanın təşkilatçıları FIFA və ya hər hansı başqa milli futbol federasiyası ilə əlaqəsi olmayan “Argentina Out” saytıdır.
Petisiya argentinaout.com saytında yerləşdirilib və 3,7 milyondan çox imza toplayıb.
Bu petisiyanı hazırlayan təşkilatçılar iddia edirlər ki, dünya futbolunun idarəedici orqanı Argentinanın kapitanı Lionel Messinin azarkeşidir və buna görə də, hakimlərdən Argentinanı finala “çıxarılması” üçün istifadə edir.
“Qalib artıq müəyyən edilibsə, niyə başqaları iştirak etməlidir?” – petisiyda deyilir.
“Argentinanı kənarlaşdırın və hər kəsə ədalətli şans verin”, - petisiyada qeyd edilir.
Yarımfinalda Argentina 1/4 finalda Norveçi məğlub edən İngiltərə ilə qarşılaşacaq. Oyun 15 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bundan əvvəl Argentina müvafiq olaraq 1/8 finalda Misir və İsveçrəni məğlub edib. Oyunlardan sonra hər iki komanda hakimlərin Argentinanın xeyrinə qərar verməsindən şikayət edib. Misir Futbol Federasiyasının prezidenti Hani Əbu Rida matçdakı hadisələrin - Misirin hesaba alənmayan qolunun və Argentinanın üçüncü qolundan əvvəl mümkün penaltinin araşdırılmasını tələb edib. Bundan sonra Beynəlxalq Futbol Federasiyalarə Assosiasiyasının hakimlər komitəsinin sədri Pyerluici Kollina Misir komandasının Dünya Kubokunun 1/8 finalında Argentinaya qarşı keçirilən matçda hakimliyə qarşı ittihamlarının əsassız olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz