Rusiya Ramzan Kadırovun atasının xatirəsinə sikkə buraxır – Foto


Rusiya Mərkəzi Bankı iyulun 14-də “Rusiyanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində 2 rubl nominallı “Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Hacı Abdulhamidoviç Kadırovun anadan olmasının 75 illiyi münasibətilə” adlı gümüş xatirə sikkəsi çap edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Gümüş sikkə dairəvi formada olub, diametri 33 mm-dir.
Sikkənin tərkibində 15,55 q təmiz qiymətli metal var və əyarı 925-dir.
Sikkənin hər iki tərəfində qabardılmış halqa var. Sikkə 3000 ədəd zərb olunacaq və “proof” keyfiyyətində istehsal ediləcək.
Sikkənin arxa tərəfində Qafqaz dağlarının lazerlə oyulmuş fonunda Axmat Kadırovun portreti var. Sikkənin sol kənarında “1951”, sağ kənarında isə “2004” yazılıb. Sikkənin aşağı kənarında isə “Axmat-Hacı Abdulhamidoviç Kadırov” yazısı var.

DİGƏR XƏBƏRLƏR

Top