
“İran Fars körfəzi ölkələrinə hücum etməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.
Bəqai zərbələrin yalnız ABŞ-nin regiondakı hərbi bazalarını hədəf aldığını qeyd edib.
Onun sözlərinə görə, Tehran dəfələrlə region ölkələrindən ABŞ-nin İrana hücum üçün ərazilərindən istifadə etməsinə icazə verməmələrini xahiş edib.
Tətbiqimizi yükləyə bilərsiniz