Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 10 mövqe genişləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Yeni siyahıya Londona qarşı kiber əməliyyatlar aparmaqda ittiham olunan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin əməkdaşları, eləcə də “Rıbar” hərbi-analitik mərkəzinin əməkdaşları daxildir.
London ümumilikdə kibertəhlükəsizlik məsələləri ilə bağlı siyahıya 14 yeni ad əlavə edib.
Qeyd edək ki, iyulun 6-da Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını doqquz maddə ilə genişləndirmiş, siyahıya Rusiyanın kimyəvi silah proqramı ilə əlaqəli olan yeddi şəxs və iki tədqiqat institutu daxil edilmişdi. İyunun 16-da isə Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 43 maddə ilə genişləndirmiş, məhdudiyyətlərə həmçinin Londonun Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin işçiləri hesab etdiyi doqquz şəxsi daxil etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top