Bələdçiləri polis tərəfindən saxlanılan London-Bakı aviareysi gecikir - YENİLƏNİB

London-Bakı aviareysində gecikmə yaranıb. Aviareys Bakı vaxtilə saat 07:35-də yerinə yetirilməli idi. Gecikməyə səbəb Bakı-London reysində baş verən insidentdir. Belə ki, bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, təyyarədəki sərnişinlərdən biri həddən artıq spirtli içki qəbul edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib. Reys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

12:12

Yanvarın 24-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib. Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top