
“Liverpul”un keçmiş hücumçusu Məhəmməd Salahın “Beşiktaş”a təklif edildiyi məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Kaya Temel bildirib.
Onun sözlərinə görə, Salah agentləri vasitəsilə “Beşiktaş”a təklif olunub.
Məlumata görə, tərəflər arasında mümkün sövdələşmənin maliyyə şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var, lakin danışıqlar hələ də davam edir.
Misirli futbolçunun agentinin İstanbula gəldiyi və orada potensial transferi müzakirə etmək üçün “Beşiktaş” nümayəndələri ilə görüş keçirəcəyi bildirilir.
Digər tərəfdən, Salahın Türkiyədə oynamaqda maraqlı olduğu və ailəsinin də Türkiyədə yaşamaq istədiyi qeyd edilir.
Qeyd edək ki, Salah “Liverpul”da doqquz mövsüm keçirib. O, komanda ilə Çempionlar Liqası, Premyer Liqa, İngiltərə Kuboku və UEFA Super Kubokunu qazanıb. Misirli futbolçu ötən mövsüm 41 oyunda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 34 yaşlı Salahın transfer qiymətini 22 milyon avro qiymətləndirir. Salah bu yaxınlarda azad agent olub.
Tətbiqimizi yükləyə bilərsiniz