Venesuelada ölənlərin sayı 4500-ü keçdi − Yenilənib


Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4561 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodriqes məlumat yayıb. 
Rodriqesin məlumatına görə, 16.740 nəfər yaralanıb, 17.907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6.462 nəfər xilas edilib, 33.085 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb. 128.324 ailəyə yardım göstərilib, 20.231 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib və zərərçəkənlərə 10.063 ton ərzaq paylanıb.

***11:39
Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 4490 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes rəsmi “Telegram” kanalında məlumat dərc edib.
Onun sözlərinə görə, yaralıların sayı dəyişməz olaraq qalıb – 16 740 nəfər.
Bundan əlavə, təxminən 18 000 insan evsiz qalıb. Dağıntılar altından 6 400 nəfər xilas edilib. 856 binaya ziyan dəyib, onlardan 190-ı tamamilə dağılıb.
Spikerin məlumatına görə, zəlzələdən sonra 1202 afterşok qeydə alınıb.
Fəlakətin nəticələrinin aradan qaldırılmasında 31 837 təcili yardım xidməti işçisi, 30 000-dən çox könüllü və 2422 beynəlxalq xilasedici iştirak edir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Bu, son 100 ildə ölkəyə təsir edən ən güclü zəlzələ olub. Təbii fəlakətlərin episentrləri Karakasdan təxminən 160 kilometr qərbdə, Karabobo əyalətindəki Moron şəhəri yaxınlığında yerləşib. Ən çox ziyan sahil əyaləti olan La Quayraya dəyib.

DİGƏR XƏBƏRLƏR

Top