
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, bununla da Zeynəb Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk azərbaycanlı qız şagird kimi adını tarixə yazdırıb.
“Qeyd edək ki, Azərbaycan komandası bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıb.
Zeynəb Məhəmmədli eyni zamanda ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Davidson College tərəfindən tam təqaüdlə qəbul təklifi alıb.
Onun əvvəlki nailiyyətləri də diqqətəlayiqdir:
- 2023-cü ildə Respublika fənn olimpiadasında fizika üzrə gümüş medal,
- 2024 və 2025-ci illərdə qızıl medallar,
- 2025-ci ildə Parisdə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafat,
- Asiya Fizika Olimpiadasında (APhO) həvəsləndirici mükafat,
- 2026-cı ildə Beynəlxalq Jautikov Olimpiadasında bürünc medal,
- 2026-cı il Respublika fənn olimpiadasında gümüş medal”, - İdarənin məlumatında qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz