
Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina şəxsi səbəblərə görə istefa ərizəsi verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın UNN agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski istefa ərizəsini qəbul edib.
Stefanişinanın müvafiq ərizəni ötən həftə təqdim etdiyi bildirilir.
Digər tərəfdən, Ali Radanın deputatı Oleksiy Qonçarenko “Telegram” kanalında Stefanişinanın bir neçə gün əvvəl Kiyevə qayıtdığını bildirib. Onun mənbələrinə görə, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu ona qarşı ittiham irəli sürə bilər.
Ukraynanın istefa verən Baş naziri Yuliya Sviridenkonun ABŞ-yə yeni səfir təyin ediləcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz