
Tanınmış jurnalist Mirşahin Ağayev rəhbəri olduğu Real TV-də yayımlanan “Media masası” verilişinin efirində televiziya ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, o, xüsusilə, “televizora baxmıram” deyən şəxsləri sərt şəkildə tənqid edib.
M. Ağayev televizora baxmamağı “tərbiyəsizlik” adlandırıb:
“Mənim yanımda “televizora baxmıram” deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? Mən onlara ən ağır sözlər deyirəm. Bu, mənim fəaliyyət zonama müdaxilədir”.
Tətbiqimizi yükləyə bilərsiniz