
Argentina yığmasının kapitanı və hücumçusu Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində 15 qarşılaşmada iştirak edən ilk futbolçu kimi tarixə düşüb.
Yeniavaz.com xəbər verir ki, FIFA bu nailiyyət barədə rəsmi “X” hesabı vasitəsilə məlumat yayıb.
Messinin rekordunu rəsmiləşdirən 15-ci pley-off oyunu İsveçrə millisinə qarşı baş tutub. Həmin görüşdə Argentina 3:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, argentinalı ulduz pley-off mərhələsində 14 oyun keçirən və 2014-cü il Dünya Çempionatının qalibi olan sabiq alman hücumçu Miroslav Klozenin rekordunu yeniləyib.
Tətbiqimizi yükləyə bilərsiniz