Möhtəşəm nizam


(Bu yazı Amerika astronavtı Con Qlennin dilindəndir)
Kosmik Tədqiqatlar İnstitutunda işləyirdim. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım idi. Yəqin, siz də bilirsiniz ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislini təşkil edir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30 min işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür - 200 milyon işıq ili... İndi Günəş Sisteminin nə qədər böyük olduğunu siz özünüz təsəvvür edin. Üstəlik, məsələ təkcə ulduzlar və ya planetlər arasındakı məsafə ilə bitmir. Kainatda bizim qalaktikamızdan başqa milyonlarla qalaktika var. Digər tərəfdən, təkcə teleskopda gördüklərimizə baxıb kainatın ölçüsünü hesablasaq, ən azı 2 milyard işıq ilinə bərabər bir rəqəm alarıq.
İndi də bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Bir atomun ölçüsü millimetrin on milyonda biri qədərdir. Bir atomu əldə etmək üçün isə yüz min elektron lazımdır. Hər atomun ortasında proton və neytronlardan ibarət nüvə yerləşir. Nüvə ətrafında isə saniyədə 50 min kilometr sürətlə elektronlar fırlanır. Atomun nüvəsini Günəşə, elektronları isə planetlərə bənzətsək, atomların Günəş Sisteminin kiçildilmiş bir modeli olduğunu deyə bilərik. Bütün bunlar göstərir ki, atomlar da Günəş Sistemi kimi eyni Yaradıcının əsəridir.
Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına hərəkət etməsinə inanmaq qeyri-mümkündür. Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam bizə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir insanın bu Böyük Qüdrətin varlığını inkar etməsi qeyri-mümkündür.
İndi də yuxarıdakı sürətlərlə bizim peykimizin, yəni Merkurinin sürətini müqayisə edək. Merkurinin öz orbitinə daxil olması üçün saatda 29 min kilometr sürət lazımdır. Bu isə saniyədə 8 kilometr deməkdir. Yerdəki sürətlə müqayisədə (orta hesabla 160 km/saat) bu, böyük sürətdir. Ancaq fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox-çox azdır. İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur?
Sözümün sonunda isə rus kosmonavtı Yuri Qaqarinlə Amerika astronavtı Edvin Aldrinin sözlərini xatırlatmaq istəyirəm. Kosmosa uçan ilk insan olan Yuri Qaqarin: “Kosmosa çıxdım, ancaq heç bir Yaradıcı görmədim”, - deyirdi. Apollo 11-in astronavtı Edvin Aldrinin sözləri isə maraqlı idi: “Göylərdə Sənin yaratdıqlarına, Aya, ulduzlara baxanda düşündüm: Ey Uca Rəbbim! İnsan nədir ki? Bu böyük kainatda kiçik bir nöqtə. Ancaq Sən ona nə qədər böyük qiymət verirsən”. Yəqin ki, başqa sözə ehtiyac yoxdur...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top