Dünyanın ən çox yedəklənən topa sahib ölkələri açıqlanıb – Azərbaycan 17-cidir


Dünyada yedəklənən topların (towed artillery) sayına görə ən böyük arsenala sahib ölkələr müəyyənləşdirilib.
Yeniavaz.com
“Global Firepower” məlumatlarına istinadən xəbər verir ki, siyahıda Rusiya ilk pillədə qərarlaşıb.
Rusiyanın inventarında 5 min 920 yedəklənən artilleriya sistemi olduğu göstərilir. Moskva böyük sovet dövrü ehtiyatları və yerli hərbi sənayenin istehsal imkanları hesabına bu kateqoriyada dünyanın ən geniş artilleriya parklarından birinə sahibdir.
İkinci yerdə Cənubi Koreya qərarlaşıb. Seulun 5 min 800 yedəklənıən artilleriya sisteminə malik olduğu qeyd olunur. Ölkənin artilleriya qüvvələri əsasən Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq inkişaf etdirilib.
Hindistan 5 min 640 sistemlə üçüncü sırada yer alır. Yeni Dehli böyük quru qoşunları və geniş əraziyə malik olması səbəbindən artilleriya imkanlarını yüksək səviyyədə saxlayır.
Vyetnam 3 min 250 yedək artilleriya sistemi ilə dördüncü, Pakistan isə 2 min 629 sistemlə beşinci pillədədir. ABŞ siyahıda altıncı yerdə qərarlaşıb və Vaşinqtonun 1 878 yedəklənən artilleriya sisteminə sahib olduğu göstərilir.
Reytinqdə Çin 1 400 sistemlə 9-cu, İran 1 803 sistemlə 7-ci, Misir isə 962 sistemlə 12-ci sıradadır. Şimali Koreyanın 700 yedək artilleriya sistemi ilə 14-cü yerdə olduğu bildirilir.
Azərbaycan da dünyanın ən böyük yedək artilleriya arsenalına sahib ölkələri sırasında yer alır. Siyahıya əsasən, Azərbaycan 651 topla 17-ci pillədə qərarlaşıb. Ölkənin artilleriya qüvvələrinin əsas hissəsini müxtəlif sovet və Rusiya istehsalı sistemlər, eləcə də modernləşdirilmiş artilleriya vasitələri təşkil edir.
Onu da bildirək ki, qonşu ölklərdən Ermənistan 193 ədəd yedəklənən topla 47-ci, Gürcüstan isə 121 topla 59-cu slrada yer alıb.
Dünyada ən çox yedəklənın artilleriya sisteminə sahib 20 ölkə aşağıdakı kimidir:
Rusiya – 5 920
Cənubi Koreya – 5 800
Hindistan – 5 640
Vyetnam – 3 250
Pakistan – 2 629
ABŞ – 1 878
İran – 1 803
Myanma – 1 680
Çin – 1 400
Tayvan – 1 360
Sudan – 1 150
Misir – 962
Rumıniya – 720
Şimali Koreya – 700
Yunanıstan – 698
Finlandiya – 667
Azərbaycan – 651
Türkiyə – 635
Ukrayna – 625
İraq – 610

DİGƏR XƏBƏRLƏR

Top