
“The Wharton School” tərəfindən hazırlanan” 2026 Best Countries Index” reytinqində ölkələrin həyat keyfiyyəti üzrə beynəlxalq imici qiymətləndirilib.
Yeniavaz.com xəbər verir ki, araşdırma 33 ölkədən 15 min 131 şəxsin rəyləri əsasında hazırlanıb və 85 ölkəni əhatə edib.
Reytinq ölkələri təhlükəsizlik, səhiyyə, təhsil, iqtisadi imkanlar, dövlət xidmətləri və sosial sabitlik kimi meyarlar üzrə dəyərləndirib.
Nəticələrə əsasən, həyat keyfiyyəti baxımından dünyanın ən yüksək göstəricisinə sahib ölkəsi İsveç olub. İsveç 100 ballıq nəticə ilə siyahının ilk pilləsində qərarlaşıb. İlk sıralarda əsasən Avropa ölkələri üstünlük təşkil edib. İlk 30-luqda yer alan ölkələrin 20-si Avropa qitəsini təmsil edir.
Reytinqin liderləri sırasında İsveçdən sonra Danimarka (98,2 bal), Kanada (95), İsveçrə (94,8), Finlandiya və Norveç (hər biri 92,4 bal) yer alıb.
Siyahıda yüksək mövqelərdə qərarlaşan ölkələri güclü dövlət institutları, əlçatan səhiyyə sistemi, təhlükəsizlik səviyyəsi və sosial etimad kimi amillər fərqləndirib.
Araşdırmanın nəticələrinə görə, Azərbaycan 7 balla85 ölkə arasında 80-ci sırada yer alıb.
Reytinqin aşağı hissəsində əsasən iqtisadi və sosial çətinliklərlə üzləşən ölkələr qərarlaşıb. Ən aşağı göstəricilər Ukrayna (0 bal), İran (1,8) və Livanda (4,1) qeydə alınıb.
ABŞ-nin mövqeyi də diqqət çəkib. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkə reytinqdə 27-ci sırada qərarlaşıb və G7 ölkələri arasında ən aşağı nəticəni göstərib.
Araşdırmanın müəllifləri vurğulayıblar ki, yüksək ÜDM göstəricisi artıq həyat keyfiyyətini müəyyən edən yeganə amil deyil. Ölkələrin qlobal imicinə səhiyyənin səviyyəsi, təhlükəsizlik, təhsil imkanları, ətraf mühit və dövlət institutlarına inam da ciddi təsir göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz