Senator Lindsi Qrem vəfat edib


ABŞ-nin Respublikaçı Senatoru Lindsi Qrem vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, Qremin ölümü ilə bağlı məlumat onun sosial media hesablarında yerləşdirilib.
Senatorun ofisinin məlumatına görə, o, iyulun 11-i axşamı “qəfil xəstəlikdən” vəfat edib.
Qeyd edək ki, 71 yaşında vəfat edən Lindsi Qrem 2003-cü ilin yanvarından Cənubi Karolina ştatından senator, 2025-ci ilin yanvarından isə ABŞ Senatının Büdcə komitəsinin sədri vəzifəsində çalışırdı.
O, ABŞ Prezidenti Donald Trampın yaxın adamlarından hesab olunudu. Rusiya və İran əleyhinə baxışları ilə tanınıb. Eyni zamanda qondarma “erməni soyqırımı” ilə qətnaməni ABŞ Senatında bloklayan şəxs olub.

DİGƏR XƏBƏRLƏR

Top