Ukrayna tərəfindən bombalanan Rusiyanın 10 ən böyük neft obyekti – Siyahı


Ukrayna ordusu son iki il ərzində Rusiyanın neft emalı infrastrukturuna qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölkənin ən böyük 10 neft emalı müəssisəsinin hamısına zərər vurub.
Yeniavaz.com
xəbər verir ki, Rusiya dünyanın ən iri neft istehsalçılarından və enerji ixracatçılarından biri hesab olunur. Lakin Moskvanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Kiyev bu obyektləri əsas hədəflərdən birinə çevirib.
Son hücumlardan biri iyulun 6-da baş verib. Ukrayna qüvvələri Rusiyanın Omsk şəhərində yerləşən neft emalı zavodunu hədəfə alıb. Sərhəddən təxminən 2500 kilometr məsafədə yerləşən bu müəssisə uzun müddət təhlükəsiz hesab edilən obyektlərdən biri idi. Hücum nəticəsində zavoda ciddi ziyan dəydiyi bildirilib.
Məlumata görə, Ukraynanın zərbə endirdiyi iri müəssisələr arasında Rusiyanın ikinci ən böyük neft emalı zavodu sayılan Kirişi zavodu, eləcə də avtomobil yanacağı istehsalında mühüm rol oynayan Kstovo neft emalı müəssisəsi də var.
Ukraynanın zərbə endirdiyi Rusiyanın ən böyük neft emalı obyektləri bunlar olub:
Omsk Neft Zavodu – illik 22 milyon barel istehsal gücü, bir dəfə hücuma məruz qalıb;
Kirişi Neft Zavodu – 20-21 milyon barel, bir neçə dəfə vurulub;
Ryazan Neft Zavodu – 17,1 milyon barel, bir dəfə hücuma məruz qalıb;
Kstovo Neft Zavodu – 17 milyon barel, bir dəfə vurulub;
Yaroslavl Neft Zavodu – 15 milyon barel, iki dəfə hücuma məruz qalıb;
Volqoqrad Neft Zavodu – 14,8 milyon barel, bir neçə dəfə vurulub;
Perm Neft Zavodu – 13,1 milyon barel, bir dəfə hədəf olub;
Moskva Neft Zavodu – 12 milyon barel, iki dəfə hücuma məruz qalıb;
Novokuibışevsk Neft Zavodu – 8,8 milyon barel, bir dəfə vurulub;
Sızran Neft Zavodu – 8,5 milyon barel, bir dəfə hədəf alınıb.

DİGƏR XƏBƏRLƏR

Top