FIFA Venesuelada zəlzələ qurbanlarına 1 milyon dollar bağışlayacaq


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Fondu Venesuelada zəlzələ qurbanlarına 1 milyon dollar ianə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. 
“Venesuela xalqı bu inanılmaz dərəcədə çətin dövrdə qlobal futbol ailəsinin tam dəstəyinə malikdir. Futbolun, xüsusən də böhran dövrlərində, birləşmək və ümid yaratmaq üçün unikal gücü var”, - FIFA prezidenti Canni İnfantino bildirib.
Qeyd edək ki, son məlumata görə, Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4118 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top