
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqına gənə kimi yapışıb”.
Yeniavaz.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu kp.ru-ya açıqlamasında hazırkı vəziyyətdə Ukraynaya və dövlət başçısına bir şeyin kömək edə biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.
“Ona heç nə kömək etməyəcək... O (Zelenski - red.) Ukrayna xalqını dişləmiş və onların qanını içməkdən doya bilməyən gənə kimidir”, - diplomat bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl Zelenski Rusiya hərbi hücumundan sonra “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların alınmasını və Avropada ortaq anti-ballistik raket layihəsinin yaradılmasını bir nömrəli tapşırıq adlandırıb. O əlavə edib ki, Kiyev tərəfdaşlarından NATO iclasında razılaşdırılmış dəstək paketləri ilə bağlı vədlərini yerinə yetirmələrini gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz