
İran ABŞ-dən danışıqları bərpa etməsini istəməyib və Vaşinqton mövqeyini dəyişməyənə qədər danışıqlarda iştirak etmək niyyətində deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların yaxın gələcəkdə bərpası ehtimalı azdır.
Xatırladaq ki, ötən gün Tramp bildirib ki, ABŞ İranın xahişi ilə münaqişənin həlli üçün danışıqları davam etdirməyə razılıq verib, lakin atəşkəs başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz