“Apple” “OpenAI”ni məhkəməyə verdi − Korporativ sirləri oğurlayıbmış


“Apple” şirkəti korporativ sirləri oğurlamaqda ittiham edərək “OpenAI”yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 
İddiada bildirilir ki, “OpenAI” yeni potensial əməkdaşlarla müsahibə zamanı onlardan köhnə iş yerləri olan “Apple”in gizli layihələrinin təfərrüatlarını açıqlamalarını xahiş ediblər. Həmçinin, güya onlar cihazların komponentlərini və prototiplərini gətirməyi tələb ediblər.
İş üzrə cavabdehlərdən biri 2024-cü ilə qədər “Apple”da işləyən “OpenAI”ın aparat təminatı rəhbəri Tan Tandır. İddiada bildirilir ki, işdən çıxmazdan bir neçə ay əvvəl Tan “Apple” təchizatçıları haqqında məxfi məlumatları “OpenAI”yə ötürüb.
“Apple” qeyd edir ki, fevral ayında daxili araşdırma başlatmış və “OpenAI”ı ticarət sirrinin sızması ilə bağlı xəbərdar etmiş, lakin heç bir cavab almamışdır.
“OpenAI” iddiaları rədd edib:
“Biz digər şirkətlərin ticarət sirləri ilə maraqlanmırıq”. 

DİGƏR XƏBƏRLƏR

Top