
Müğənni Teylor Svift toyunu Nyu-York şəhərinin mərkəzində keçirmək üçün icazə almaq məqsədilə Nyu-York şəhər hakimiyyətinə 160.000 dollar ödəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər meri Zöhran Mamdani məlumat yayıb.
Bu ödənişə polisin əlavə iş saatları üçün xərcləri də daxil olub. Mamdani qeyd edib ki, son icazə mərasimdən cəmi bir neçə gün əvvəl verilib.
“Variety” jurnalının məlumatına görə, ABŞ-də küçələrin bağlanmasını, əlavə şəhər xidmətlərini və ya gücləndirilmiş ictimai təhlükəsizliyi tələb edən böyük özəl tədbirlərin təşkilatçılarından pul alması standart təcrübədir.
Xatırladaq ki, Teylor Svift və NFL ulduzu Trevis Kelsi 3 iyulda Manhettendəki “Madison Square Garden”də evləniblər. Toyda çoxsaylı məşhur aktyorlar, musiqiçilər və idmançılar da daxil olmaqla təxminən 1000 qonaq iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz