Rusiya Kiyevə ballistik raket atdı − 10 nəfər yaralandı


11 iyul gecəsi Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində biri uşaq olmaqla 10 nəfər yaralanıb. Raket zərbələri və yanğınlar şəhərin üç rayonunda qeydə alınıb.
“Ukrainskaya Pravda”nın məlumatına görə, şəhərdə ilk partlayışlar hava hücumu xəbərdarlığı verilməmişdən əvvəl başlayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevdəki hücumun hədəflərinin dron istehsalı ilə məşğul olan hərbi sənaye obyektləri olduğunu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, bir gecə ərzində Rusiya altı “İsgəndər” raketi, dörd “X-59/69” idarə olunan aviasiya raketi və iki “X-31” anti-radar raketi atıb. 12 raketdən yalnız ikisi ələ keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top