Venesuelada ölənlərin sayı 4 mini keçdi


Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4118 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodrigez məlumat yayıb.
Bildirilib ki, fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6 462 nəfər xilas edilib, 29 966 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb. 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 766 ton ərzaq paylanıb.
Xatırladaq ki, zəlzələ 24 iyun axşamı Venesuelada baş verib. Təxminən 40 saniyə aralıda 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy əyalətində 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 1 171 afterşok qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top