
Son üç həftə ərzində Fransada həddindən artıq istilər səbəbindən 130-dan çox insan suda boğulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın idman naziri Marina Ferrari məlumat yayıb.
“İyunun 19-dan bəri 131 nəfər boğulub”, - nazir deyib.
Ferrari qeyd edib ki, dünyasını dəyişənlər əsasən 18 yaşdan kiçik yeniyetmələr və 60 yaşdan yuxarı insanlardır.
Ölümlərin 55%-i qadağan olunmuş ərazilərdə üzərkən baş verib. Digər 20% isə şəxsi hovuzlarda üzərkən boğulub.
Fransada iyunun ortalarından bəri anormal istilik dalğası yaşanır və çoxsaylı temperatur rekordları qırılır. Hazırda temperatur 30 dərəcədən aşağı düşsə də, ölkənin cənubundakı altı departamentdə yüksək meşə yanğını xəbərdarlığı elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz