“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” − Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran ona qarşı sui-qəsd planlarına nail olarsa, İrana görünməmiş güclə zərbə endiriləcək.
Yeniavaz.com
xəbər verir ki, o, bunu “New York Post” qəzetinə verdiyi müsahibədə bildirib.
“Mən uzun müddətdir onların siyahısındayam. Biz də bununla məşğuluq. Etdiyim tək şey təlimatlar qoymaq idi: əgər mənə bir şey olsa, onları əvvəlkindən daha çox bombalayın”, - Tramp bildirib.
O, həmçinin iddia edib ki, İran illərdir onu öldürməyə çalışır:
“İsrailin Vaşinqtonu mənə qarşı yeni bir sui-qəsd barədə xəbərdar etməsi barədə son xəbərlər yalandır, lakin uzun müddətdir ki, mən Tehranın bir nömrəli hədəfiyəm”.

DİGƏR XƏBƏRLƏR

Top