“ABŞ və İran həftənin sonuna qədər Hörmüz boğazı məsələsini həll edə bilərlər” − Fidan


Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və ABŞ-nin Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını bu həftənin sonuna qədər həll edə biləcəklərini proqnozlaşdırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir TRT-yə danışıb.
“Hörmüz boğazının açılması ən vacib şərtlərdən biri idi və tərəflər buna uyğun hərəkət etdilər, lakin praktikada prosesi fərqli başa düşdülər. Bir tərəf xəbəri olmadan bir şeyin baş verdiyini gördü: gəmilərə hücumlar baş verdi, gərginlik artdı və boğaz bağlandı. Boğazdan keçidin tənzimlənməsi ortaq bir anlayışa əsaslanmalıdır. Dünəndən bəri diplomatik səylərdən sonra tərəflər arasında bir sükut dövrü başladı. İndi isə qarşılıqlı anlaşmanı bərpa etməklə məsələni həll etməliyik. İnanıram ki, boğazdan keçidlə bağlı fikir ayrılıqlarına həftəsonuna qədər həll yolu tapıla bilər”, - Fidandeyib. 
O, həmçinin qeyd edib ki, boğazdan keçid məsələsi bir neçə tərəfin maraqlarına təsir göstərir:
“Bir tərəfdə İran, digər tərəfdə isə Oman var. İranın beynəlxalq sularda, 12 mil zonada hüquqları var. Omanın da eyni hüquqları var. Aralarında isə təxminən 20 mil uzunluğunda başqa bir hissə var. Bu zonalardan istifadə məsələsi həll olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top