“İsrail yaxın günlərdə işğal olunmuş ərazilərinin bir hissəsini Livana qaytaracaq” − CNN


İsrail hakimiyyəti yaxın günlərdə ordu tərəfindən işğal edilmiş bəzi Livan ərazilərinin nəzarətini Beyruta qaytarmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, CNN bu barədə ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən məlumat verib.
Bildirilib ki, hazırda İsrail tərəfindən işğal edilmiş ilk pilot zonası bir neçə gün ərzində Livanın nəzarətinə qaytarılacaq. CNN ABŞ rəsmisinə istinadən bildirib ki, xəritələrdə əlavə pilot zonalar müəyyən edilib:
“CENTCOM (ABŞ Mərkəzi Komandanlığı - red.) irəliləyiş əldə etmək üçün hər iki ölkə ilə işləyir”.
ABŞ administrasiyasının rəsmisi əlavə edib ki, ABŞ tezliklə Livan hökumətinə bu zonalarda və ölkə daxilində suverenliyi effektiv şəkildə bərpa etməyə kömək etmək üçün beynəlxalq tərəfdaşlarla əlaqə qurmağa başlayacaq.
Qeyd olunur ki, bu məsələ ilə bağlı gələn həftə Romada tərəflərin nümayəndələri arasında qapalı danışıqlar keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top