
(Həyat dərsi)
Bir gün bir tanışı böyük filosof Sokratla qarşılaşdı və:
- Dostunla bağlı nə eşitdiyimi bilirsən? - deyə soruşdu.
- Bir dəqiqə, - deyə Sokrat cavab verdi, - Mənə bir şey deməzdən əvvəl səni kiçik bir testdən keçirmək istəyirəm. Buna “Üç filtr” testi də deyirlər.
- “Üç filtr” testi?..
- Bəli! - deyə Sokrat davam etdi, - Birinci filtr “Həqiqət filtri”dir, yəni sən mənə bir azdan deyəcəyin sözlərin həqiqət olduğuna əminsən?
- Xeyr! - dedi tanışı, - Əslində mən bu sözləri eşitmişəm, vəssəlam...
- Yaxşı! - dedi Sokrat, - Elə isə sən bunun həqiqət olub-olmadığını bilmirsən. Onda ikinci filtri sınaqdan keçirək, “Yaxşılıq filtri”ni. Dostum haqqında mənə demək istədiyin söz yaxşı sözdür?
- Xeyr, əksinə...
- Elə isə, - deyə davam etdi Sokrat, - Onun haqqında mənə yaxşı bir söz demək istəmirsən və bunun doğru olduğuna da əmin deyilsən. Ancaq yenə də testi keçə bilərsən. Çünki bunlardan başqa hələ bir filtr də var: “Faydalılıq filtri”. Dostum haqqında deyəcəyin sözlərin mənə bir faydası var?
- Təbii ki, xeyr...
- Yaxşı! - dedi Sokrat, - Əgər deyəcəyin sözlərin doğruluğuna inanmırsansa, yaxşı bir söz deyilsə və heç kimə bir faydası yoxdursa, onda onları mənə niyə deməlisən?..
Bu, bir daha Sokratın nə qədər böyük bir filosof olduğunu göstərir. Elə isə, siz də yaxın bir dostunuz haqqında sizə bir söz deməzdən əvvəl bu “Üç filtr” testini yada salın. İnanın, çox şey qazanacaqsınız.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz