Dünyanın ən böyük tank donanmasına sahib 15 ölkəsi – Siyahıda Azərbaycan da var


Ön xətdə istifadə olunan əsas döyüş tankları və yüngül tankların sayı üzrə dünyanın ən böyük tank donanmasına sahib ölkələr müəyyənləşdirilib.
Yeniavaz.com
“Global Firepower”ə istinadən xəbər verir ki, siyahıda Çin ilk pillədə qərarlaşıb.
Çinin hazırda 5 870 döyüş tankına malik olduğu göstərilir. Pekin son onilliklər ərzində zirehli qüvvələrini fəal şəkildə yeniləyib və köhnə texnikaları “Type 99” və təkmilləşdirilmiş “Type 96” kimi yerli istehsal tanklarla əvəzləyib. Daxili hərbi sənayenin inkişafı Çinə böyük həcmdə zirehli texnika ehtiyatı saxlamağa imkan verir.
İkinci yerdə Rusiya qərarlaşıb. Moskvanın inventarında 5 630 döyüş tankı olduğu qeyd olunur. Ukraynadakı müharibə zamanı ciddi texnika itkilərinə baxmayaraq, Rusiya böyük ehtiyat bazasına və sovet dövründən qalan tankların modernləşdirilməsi imkanlarına malikdir.
Şimali Koreya isə 4 895 tankla üçüncü sıradadır. Ölkənin zirehli qüvvələrinin əsas hissəsinin sovet və Çin istehsalı modellərin müxtəlif modernləşdirilmiş versiyalarından ibarət olduğu bildirilir.
ABŞ siyahıda dördüncü yerdədir. Vaşinqtonun 4 666 döyüş tankı var və donanmanın əsas hissəsini dünyanın ən tanınmış tank platformalarından biri sayılan “M1 Abrams” ailəsi təşkil edir.
Reytinq göstərir ki, Hindistan, Misir, Pakistan, İran və Türkiyə kimi regional güclər də böyük tank parklarına sahibdir. Bu ölkələrin hər birinin 2 mindən çox döyüş tankı mövcuddur.
Azərbaycan da dünyanın ən böyük tank donanmasına sahib ölkələri sırasında yer alır. Siyahıya əsasən, Azərbaycan 1 354 döyüş tankı ilə 14-cü pillədədir. Ölkənin zirehli qüvvələri əsasən müxtəlif modernləşdirilmiş sovet və Rusiya istehsalı tanklardan, eləcə də digər ölkələrdən alınmış texnikalardan formalaşıb.
Dünyada ən böyük tank donanmasına sahib 15 ölkə aşağıdakı kimidir:
Çin – 5 870;
Rusiya – 5 630;
Şimali Koreya – 4 895;
ABŞ – 4 666;
Hindistan – 3 913;
Misir – 3 620;
Pakistan – 2 677;
İran – 2 675;
Türkiyə – 2 284;
Vyetnam – 1 999;
Cənubi Koreya – 1 831;
İordaniya – 1 508;
Əlcəzair – 1 485;
Azərbaycan – 1 354;
Mərakeş – 1 346.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top