HƏMAS-ın daha bir komandiri öldürüldü


İsrail Qəzzada HƏMAS-ın hərbi qanadı olan “Nuxba” xüsusi təyinatlı dəstəsinin komandiri Yəhya Həmdanı öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, 7 oktyabr 2023-cü ildə Fələstin anklavı ilə sərhəd yaxınlığındakı İsrailin “Reim” hərbi bazasına hücumda iştirak edib.
Mətbuat xidmətinin məlumatına görə, Həmdan son aylarda IDF qüvvələrinə qarşı hücumlar həyata keçirib və HƏMAS-ın əməliyyat imkanlarını bərpa etmək üçün çalışıb.
IDF qeyd edib ki, o, dəqiq hava hücumu nəticəsində öldürülüb.
Hərbçilər əlavə ediblər ki, zərbədən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün addımlar atılıb.

DİGƏR XƏBƏRLƏR

Top