ABŞ-dən olan mütəxəssislər Zəngəzur dəhlizində araşdırma aparıblar


ABŞ-nin mühəndislik və məsləhət şirkəti olan AECOM-un nümayəndə heyəti Ermənistana səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, şirkətin mütəxəssisləri TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin ərazisini, eləcə də dəmir yolu və digər nəqliyyat infrastrukturu imkanlarını araşdırıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi üzərində həyata keçiriləcək TRIPP layihəsi təxminən 42 kilometrlik nəqliyyat koridoru vasitəsilə Zəngilan rayonunu Ordubad rayonu ilə birləşdirməyi, həmçinin Şərq-Qərb, Şimal-Cənub logistika marşrutlarını gücləndirməyi hədəfləyir.
Layihənin icrası ABŞ və Ermənistan tərəfindən birgə yaradılan “TRIPP Company” şirkəti vasitəsilə həyata keçiriləcək. Layihədə ABŞ tərəfinin 74%, Ermənistanın isə 26% paya malik olacağı açıqlanıb. TRIPP layihəsinin icrası çərçivəsində dəmir yolu, avtomobil yolları, enerji və rabitə xətlərinin inşası nəzərdə tutulur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top