
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2029-cu il Klublararası Dünya Kubokunu Qətərdə keçirmək variantını araşdırır.
Yeniavaz.com xəbər verir ki, hazırda danışıqlar davam etdirilir və turnir üçün potensial ev sahibləri nəzərdən keçirilir.
“Polymarket” sosial şəbəkə hesabında bildirib ki, yarış qışda keçirilə və 48 komandaya qədər genişləndirilə bilər.
FIFA Klublararası Dünya Kubokunun ilk 32 komandalı turniri 2025-ci ilin yayında ABŞ-də 15 iyun - 13 iyul tarixləri arasında keçirilib. Final 13 iyulda Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda baş tutdu. “Çelsi” finalda “Pari Sen Jermen” komandasını 3-0 hesabı ilə məğlub edərək qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz