
ABŞ administrasiyasının bəzi üzvləri ABŞ-nin İrana qarşı hücumlarının yenidən bərpasını qeyri-rəsmi olaraq “Şillə” əməliyyatı adlandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post" (NYP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, bu ad bəzi administrasiya rəsmilərinin “ağrılı, lakin sürətli” hərbi əməliyyatlara ümid etdiyini göstərir.
Ağ Evdəki mənbə qəzetə bildirib ki, ABŞ Prezidenti Donald Tramp hər şeyin bitməsini istəyir. Amma İran gəmilərə hücum etməkdə davam edərsə, o, buna laqeyd qalmayacaq.
NYP bildirir ki, ”Şillə” adı bəzi yüksək vəzifəli məmurlar tərəfindən söhbətlərdə və elektron poçt yazışmalarında istifadə olunur.
Bəzi mənbələr isə bu məsələdən xəbərsiz olduqlarını bildirirlər. Əməliyyatın rəsmi adı “Epik qəzəb” əməliyyatıdır.
Tətbiqimizi yükləyə bilərsiniz