Türkiyə hərbçiləri Suriyada İŞİD-in 180 hədəfinə zərbə endirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 17 silahlısı məhv edilib. "Haber7" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 155-ci günündə terrorçuların 180 hədəfinə hava zərbəsi endirilib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top