
Bu il iyul aynın 1-ə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 10,4% çox olsa da, ötən ayın əvvəli ilə 3% az olub. Belə ki, bu ilin iyun ayında Azərbaycanın strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon dollar azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz