“Volkswagen” Almaniyada dörd zavodunu bağlayır


Almaniyanın “Volkswagen” (VW) avtomobil şirkəti Almaniyanın dörd zavodunda istehsalı dayandırmaq imkanlarını müzakirə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı şirkətin müşahidə şurasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, zavodların 2034-cü ilə qədər mərhələli şəkildə bağlanması planlaşdırılır.
Nəşrin məlumatına görə, istehsalın Zvikau və Emden zavodlarında 2031-ci ildə, Hannover zavodunda 2032-ci ildə, VW-nin törəmə şirkəti “Audi”nin Nekkarsulm zavodunda isə 2034-cü ildə dayandırılması gözlənilir.
Bu zavodlarda ümumilikdə təxminən 40 000 nəfər işləyir.
Bundan əlavə, VW 2030-cu ilə qədər təxminən 50 000 iş yerini ixtisar etməyi planlaşdırır.
VW rəhbərliyi həmçinin öz xərclərini azaltmaq proqramını da sərtləşdirir. Belə ki, Almaniyada istehsal olunan modellərin gələcəkdə Şərqi Avropa ölkələrində, xüsusən də Macarıstan və Slovakiyada istehsalı nəzərdə tutulur.
Şirkətin planlarına görə, Almaniya istehsal müəssisələrindən başqa məqsədlər üçün istifadə edilməsi gözlənilir. Onların müdafiə şirkətlərinə satışı da istisna edilmir. Bu planlar Almaniya avtomobil sənayesində dərin böhranın olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top