
Vətən müharibəsi iştirakçısı general-mayor Ramil Həsənovun Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) rəis müavini təyin olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.
Məlumata görə, təyinatla bağlı müvafiq sərəncam imzalanıb.
Yerli KİV-də də bununla bağlı məlumatlar dərc olunub. Bildirilib ki, general bundan əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib.
Qeyd edək ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Səfərovdur.
Tətbiqimizi yükləyə bilərsiniz