Messi “Qızıl top”a namizədlər siyahısında 5-ci yerdədir – Siyahı


Nüfuzlu “Goal” portalı bu mövsüm “Qızıl top” mükafatına namizəd olan 20 əsas oyunçunun reytinqini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda əsas favorit İngiltərə millisinin və “Bavariya” klubunun hücumçusu Harri Keyndir.
Keynin əsas rəqibləri komanda yoldaşı Maykl Olise və Fransa millisinin hücumçusu Kilian Mbappedir.
Argentinalı hücumçu Lionel Messi isə beşinci yerdədir.
Siyahını təqdim edirik:
1. Harri Keyn (“Bavariya”, İngiltərə millisi).
2. Maykl Olise (“Bavariya”, Fransa millisi).
3. Kilian Mbappe (“Real Madrid”, Fransa millisi).
4. Usman Dembele (PSJ, Fransa millisi).
5. Lionel Messi (“İnter Mayami”, Argentina millisi).
6. Erlinq Holan (“Mançester Siti”, Norveç millisi).
7. Lamin Yamal (“Barselona”, ​​İspaniya millisi).
8. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi).
9. Deklan Rays (“Arsenal”, İngiltərə millisi).
10. Luis Dias (“Bavariya”, Kolumbiya millisi).
11. Aşraf Hakimi (PSJ, Mərakeş millisi).
12. Vitinya (PSJ, Portuqaliya millisi).
13. Vinisius Junior (“Real Madrid”, Braziliya millisi).
14. Mikel Oyarsabal (“Real Sosyedad”, İspaniya millisi).
15. Qabriel Maqalyans (“Arsenal”, Braziliya millisi).
16. Lautaro Martines (“İnter”, Argentina millisi).
17. Bruno Fernandes (“Mançester Yunayted”, Portuqaliya millisi).
18. Bukayo Saka (“Arsenal”, İngiltərə millisi).
19. Cud Bellinqem (“Real Madrid”, İngiltərə millisi).
20. İsmael Saybari (“Bavariya”, Mərakeş millisi).

DİGƏR XƏBƏRLƏR

Top