
Müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində Türkiyəyə 12 ölkədən 54 nəfər ekstradisiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan 29-u “qırmızı bülleten”lə beynəlxalq səviyyədə, 25-i isə ölkə daxilində axtarışda olub.
Nazirliyin məlumatına görə, bu şəxslərin 38-i Gürcüstanda, 5-i Almaniyada, 2-si Azərbaycanda, digərləri Bolqarıstanda, Avstriyada, Ekvadorda, Fransada, Xorvatiyada, Qazaxıstanda, Misirdə, Yunanıstanda və Şimali Makedoniyada saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslər narkotik və ya psixotrop maddələrin idxalı, qəsdən adam öldürmə, dələduzluq, hədə-qorxu, soyğunçuluq, oğurluq, saxtakarlıq, insan alveri, rəsmi sənədlərin saxtalaşdırılması, əmlaka ziyan vurma, odlu silah və sursatın qanunsuz əldə edilməsi, daşınması və ya saxlanması kimi cinayətlərə görə axtarışda olublar.
Tətbiqimizi yükləyə bilərsiniz