
2026-cı il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş” təsdiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
İqtisadiyyat Nazirliyinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz