
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3889 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (Parlament – red.i) spikeri Xorxe Rodriqes “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, 16 min 740 nəfər yaralanıb.
Rodriqes həmçinin, 17 min 907 nəfərin evsiz qaldığını bildirib.
Onun sözlərinə görə, zəlzələ zamanı 190 bina tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6 462 nəfər xilas edilib, 28 836 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb.
86 min 794 ailəyə yardım göstərilib. Ümumilikdə, 9 603 ton ərzaq yardımı verilib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonrakı günlərdə 1000-dən çox zəlzələ baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz