İsrail ABŞ-yə İranın Trampa qarşı sui-qəsd planı barədə məlumat verib – WSJ


İsrail hakimiyyəti ABŞ-yə İranın ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd planlaşdırdığını iddia edən kəşfiyyat məlumatları təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr hesab edir ki, əgər məlumat təsdiqlənsə, bu, ABŞ-nin mövqeyinin sərtləşməsinə və İranla münaqişənin gərginləşməsinə səbəb ola bilər.
Digər tərəfdən, İran uzun illərdir açıq şəkildə bəyan edir ki, Trampın ilk prezidentliyi dövründə SEPAH-ın yüksək rütbəli komandiri Qasım Süleymaninin öldürülməsinə görə ondan qisas almaq niyyətindədir. Belə ki, Süleymani 2020-ci ildə Trampın birinci prezidentlik müddətində verdiyi əmr nəticəsində öldürülüb.
İsrailin Vaşinqtondakı səfirliyi bu məlumatı şərh etməkdən imtina edib. İranın BMT-dəki nümayəndəliyi isə hələlik şərh sorğusuna cavab verməyib.
Qeyd edək ki, bundan əvvəl Tramp onun İranın “məhv etmək” istədiyi şəxslərin siyahısında birinci olduğunu, həmçinin, İranın onu əsas hədəflərindən biri kimi gördüyünü bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top