“İranın ABŞ bazalarına hücumu heç bir ziyana səbəb olmayıb” – Pentaqon rəsmisi


İran tərəfindən buraxılan onlarla raket və dron ABŞ bazalarına ciddi ziyan və ya xəsarət yetirməyib.
Yeniavaz.com
xəbər verir ki, bunu anonimlik şərti ilə xarici mediaya açıqlama verən Pentaqon rəsmisi bildirib.
“İran raketləri və dronları ya ələ keçirilib, ya da ciddi ziyan vura bilməyib. İranın hücumları zamanı heç bir amerikalı xəsarət almayıb”, - deyə rəsmi qeyd edib.
Xatırladaq ki, ABŞ-nin İranın cənub sahillərinə və şərq əyalətlərinə hücum etməsindən sonra, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qonşu Fars körfəzi ölkələrindəki ABŞ hərbi infrastrukturuna hücumlar başlatmışdı.

DİGƏR XƏBƏRLƏR

Top