Dağlıq Qarabağda yaralanan Ermənistan əsgəri Moskvada müalicə olunacaq

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan Ermənistan silahlı qüvvələrinin əsgəri Avetis Zarqaryan Rusiya paytaxtı Moskvadakı xəstəxanalardan birində müalicə olunacaq. Ermənistan KİV xəbər verir ki, bunu əsgərin anası Sonya Zarqaryan bildirib. Anası deyib ki, A.Zarqaryan yanvarın 26-da müalicə məqsədilə Rusiya paytaxtına yola salınacaq. Məlumata görə, 1998-ci ildə doğulan A.Zarqaryan ötən il Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında gedən 4 günlük döyüşlərdə yaralanıb.Report

DİGƏR XƏBƏRLƏR

Top