ABŞ və İran arasında texniki danışıqlar davam edir – “Reuters”


ABŞ və İran rəsmiləri arasında texniki məsləhətləşmələr davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton İranla həll yolu tapmağa sadiqdir və bundan sonra da texniki danışıqları davam etdirmək niyyətindədir.
Qeyd edək ki, iyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Daha sonra memorandumun həyata keçirilməsi üçün Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində ABŞ-İran danışıqları keçirilib. ABŞ və İran nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçib və gələcək texniki danışıqlar üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edilib. Lakin 8 iyul gecəsi ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.

DİGƏR XƏBƏRLƏR

Top