
Altı gün davam edən vida mərasimindən sonra İranın mərhum ali lideri Ayətullah Əli Xamenei dəfn olunub.
Yeniavaz.com IRIB-ə istinadla xəbər verir ki, Xameneinin cənazəsi İmam Rzanın ziyarətgahının xatirə zalında dəfn edilib.
Bildirilir ki, dəfn mərasimi zamanı böyük izdiham toplaşıb.
“Onların əksəriyyəti mərasimə İran bayrağı ilə gəlsə də, bəzilərinin əlində ABŞ Prezidenti Donald Trampa ünvanlanmış ölüm təhdidləri olan lövhələr olub.
Atasının ölümü ilə nəticələnən eyni hücumda ağır yaralandığı bildiriləndən bəri ictimaiyyət arasında görünməyən oğlu və varisi Müctəba Xamenei isə dəfn mərasimində iştirak etməyib”, - AFP yazır.
Xatırladaq ki, Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hücumlarının ilk saatlarında öldürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz