
Dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Yeniavaz.com xəbər verir ki, bu mərhələdə ilk qarşılaşma Bakı vaxtı ilə 00:00-da Fransa və Mərakeş milliləri arasında start götürüb.
Görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
28-ci dəqiqədə Kilian Mbappe penaltidən faydalana bilməyib. O, yalnız oyunun 60-cı dəqiqəsində rəqib qapıya yol tapa bilib.
6 dəqiqə sonra – 66-cı dəqiqədə isə komanda yoldaşı Usman Dembele fərqi artırıb və yekun hesabı müəyyənləşdirib.
Bununla da Fransa millisi dünya çempionatında yarımfinala vəsiqəni təmin edib. Onların rəqibi bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək İspaniya-Belçika qarşılaşmasının qalibi olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz